Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2016

Ramazanda siqareti tərgitməyin asan yolu

Dünyada təxminən 1,3 milyard insan siqaret aludəçisidir. Çoxları siqareti tərgitmək istəsə də, buna nail ola bilmir. Məhz Ramazan ayı siqaretdən uzaq durmaq üçün gözəl fürsət yaradır.


1. Siqareti özünüz üçün tərgidin

Siqareti başqası üçün atsanız, fədakarlıq hissi yaşayacaqsınız. Bu da siqaret istəyini artıracaq. Beləcə, qısa vaxtdan sonra yenidən siqaretə qayıdacaqsınız.

2. Yerinə heç kimi qoymayın

Siqareti ramazanda tərgitmək istəyənlər onu hansısa bir məşğuliyyətlə əvəzləməyə çalışırlar: təsbeh oynadır, iftardan imsaka qədər saqqız çeynəyirlər, çərəz yeyirlər. Bu da siqaretin sizin üçün dəyərini artıracaq. Siqaretin əvəzinə bütün günü yemək yeyənlər də olur. Bu da kökəlməyə gətirib çıxarır. Çalışın, siqareti tərgidəndə, bunların heç birini etməyəsiniz.

3. Hamıdan məsləhət almayın

Siqareti tərgitmək istəyənlərin əksəriyyəti ətraflarındakı insanlardan məsləhətlər almağa çalışırlar. “Sən necə tərgitdin” deyə, soruşurlar və lazımsız məsləhətlər alırlar. Bu məsləhətlərin heç biri siqareti beyninizdə bitirməyə kömək etməyəcək. Ən yaxşısı siqareti tərgitmək üçün peşəkarlardan məsləhət alın.

4. Onu xatırladan vasitələrdən qaçmayın

Sizə siqareti xatırladan heç bir şeydən qaçmayın. Məsələn, siqaret çəkərkən çay içirsinizsə, atdıqdan sonra çaya ara verməyin. İstəklərinizin üzərinə gedin.

5. Qətiyyən azaltmayın, birdəfəlik bitirin

Siqareti azaldarkən, heç nə dəyişmir. Bütün günü gözünüz saatda qalacaq. Onu azaltmaq, tamamilə tərgitməkdən pisdir. Məqsəd siqareti azaltmaq yox, tamamilə tərgitmək olmalıdır./axşam/
367 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber