Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Rusiya ABŞ-ı 6 milyard dollar ziyana salıb

Rusiyanın tətbiq etdiyi embarqo ABŞ-a 6 milyard dollar zərər vurub. Verilən məlumata görə, ABŞ-ın Moskvadakı səfiri Mixail MkFaul Rusiyanın mal və donuz ətinin idxalına tətbiq etdiyi embarqo ilə bağlı danışıb. O qeyd edib ki, bu ABŞ üçün böyük problem yaradır:

"Qadağa tətbiq olunan gündən etibarən 5-6 milyard dollar zərər etmişik. Embarqolar hələ də davam edir və bu ABŞ üçün böyük problem yaradır".

Qeyd edək ki, Rusiya bu ilin fevral ayında insan sağlamlığı baxımından zərərli sayılan və heyvanların böyüməsini sürətləndirən "raktopamin" maddəsi istifadə edilməsi səbəbi ilə ABŞ-dan idxal olunan ət məhsullarını qadağan edib. ABŞ hökuməti isə bu maddələrin qəbul edilə bilər səviyyədə istifadə edilməsinin sağlamlıq baxımından zərərli olmadığını və bunun BMT qida təhlükəsizliyi birliyi tərəfindən də təsdiqləndiyini iddia edib./ans/
1629 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
14.12.17, 08:05