Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2016

İŞİD-ə qarşı döyüşmüş danimarkalı qızın xatirələri

Danimarka vətəndaşı olan kürd əsilli gənc qız İŞİD-lə mübarizə etmək üçün İraq və Suriyada olub. O, Kopenhagenə qayıtdıqdan sonra öz döyüş xatirələrini bölüşüb.
23 yaşlı Jevana Balani siyasət və fəlsəfə ixtisası üzrə təhsil alır. Jevana bir il İraq və Suriyada İŞİD-in işğal etdiyi məntəqədə terrorçularla döyüşüb.
O xatirələrində qarşılaşdığı dəhşətli səhnələrdən danışıb; isveçli dostunun siqaret tüstüsünü görən İŞİD snayperçisinin onun iki qaşının arasından nişan alması, yaxud İŞİD ünsürlərinin Mosul yaxınlığında saxlanılan bir dəstə azyaşlı qızı gördükdən sonra öz şəhvətlərini söndürmək üçün onlara qarşı etdikləri iyrənc hərəkətlər kimi səhnələr.
Jevana deyir: “İŞİD terrorçularını məhv etmək çox asan idi. Onlar özlərini təhlükəyə atırdılar!”
Qeyd edək ki, Jevana 2014-cü ildə Danımarkanı tərk edərək Suriyaya yollanmış, əvvəlcə Kürd Milli Müdafiə qüvvələrinə, sonra isə peşmərgə qüvvələrinə qoşulmuşdur.
Ölkəsinə qayıdarkən Danimarka dövlət orqanları onun pasportunu saxlamış və terrorçu qruplaşmalara qoşulmağı qadağan edən yeni qəbul edilmiş qanun əsasında onun yenidən Suriyaya qayıtmasının qarşısını almışdır.
379 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber