Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2016

İŞİD İraqdan çıxarılır

İraq Silahlı Qüvvələri hərbi əməliyyatların başladığı iki həftə ərzində Fəlluca şəhərinin 47 bölgəsini İŞİD-dən azad edib.

Bu barədə İraq xalq könüllülərinin komandiri Əbu Mehdi Mühəndis ictimaiyyətə məlumat verib.

Onun sözlərinə görə, Fərat çayının bir qismi istisna olmaqla, Fəlluca tamamilə mühasirəyə alınıb:

"Bura terrorçular üçün önəmlidir. Bağdada edilən hücumların 80 faizi burada planlaşdırılıb və təşkil olunub".

Qeyd edək ki, Fəlluca 2014-cü ilin mayından etibarən İŞİD-in nəzarətinə keçib. Bu il mayın 23-də terrorçulara qarşı əməliyyatlara start verilib./axar/
425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber