Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2016

Fəllucada İraq hərbçilərinin kütləvi məzarlığı aşkar olunub

İraqın "Xalq könüllüləri qüvvələri" İŞİD terror qruplaşmasının nəzarəti altında olan Əl-Fəlluca şəhərinin şimalında 400 hərbçi qalığının olduğu kütləvi məzarlıq aşkar olunub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü "Əs-Sumariyə" telekanalı məlumat yayıb.

Məzarlıq Əl-Fəlluca şəhərindən bir neçə km şimalda yerləşən Əs-Saklaviyə yaşayış məntəqəsi ətrafındadır və yalnız ötən gün terrorçulardan azad edilib.

Telekanalın məlumatına görə, cəsədlər İraq ordusunun 53-cü briqadasının 10-cu batalyonunun döyüşçülərinə məxsusdur.
297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber