Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2016

Cəlilabad Müalicə və Diaqnostika Mərkəzində fantastik yeyinti "əməliyyat"ları

Cəlilabad Müalicə və Diaqnostika Mərkəzində xəstələrə bir gün üçün 8 min manatlıq yemək verilirmiş

Cəlilabad Müalicə və Diaqnostika Mərkəzində özbaşınalıq pik həddə çatıb. Mərkəzin direktoru Eldar Hacıyev sözün həqiqi mənasında korrupsiya şəbəkəsi yarıdıb. İş o yerə çatıb ki, baş həkim həkimlərdən pul yığmaq üçün «qarovulçu» sistemi belə yaradıb.

Eldar Hacıyev USM və tomoqrafiya şöbələrinin qapıları ağzına özünün ən yaxın adamlarını qoyub. Onların vəzifələri bu otaqlara girən xəstələrin sayını və adını yazmaqdan ibarətdir. Belə ki, hər bir xəstə adını qohumların dəftərinə yazdırır və ardından da içəri daxil olurlar. Bununla da baş həkim gün ərzində neçə xəstənin USM və ya tomoqrafiya otağına girməsindən xəbər tutur və günlük pulu müəyyənləşdirir. Adını dəftərə yazdıran xəstələrin verdikləri 1 manat isə qohumlara çatır.

Politika.Az onu da dəqiqləşdirə bilib ki, analoji vəziyyət Cəlilabad Müalicə və Diaqnostika Mərkəzinin kadrlar şöbəsinin qarşısında da yaşanır. Belə ki, baş həkimin Vüsalə adlı qohumu orada əyləşir və əsas funksiyası da bu şöbəyə nəzarət etməkdən ibarətdir.

Ortaya çıxan sənədlərdən isə məlum olur ki, Eldar Hacıyev təkcə bu yolla pullar qazanmayıb. O, həmçinin dövlət büdcəsindən ayrılmış vəsaitləri də özünküləşdirməyə nail olub. Məsələn, hər il təmir xərcləri adı altında ayrılmış 10 min manatın nəyə sərf olunduğunu bilən yoxdur.

Və ya günlük qida xərclərinin 8 min manat göstərilməsi isə nonsensdir. Ona görə ki, Azərbaycanda elə bir xəstəxana yoxdur ki, ora daxil olan xəstələrə verilən yeməklərin ümumi dəyəri bu qədər təşkil etsin. Yəni, Eldar Hacıyev işin ağını çıxarıb.

Politika.Az xəbər verir ki, işin ən ilginc tərəfi odur ki, baş həkim dəftərxana ləvazimatlarına astronomtik rəqəmdə pul ayırtdırıb. Belə ki, Eldar Hacıyev bir il üçün bu məqsədlə 43 min manatlıq dəftərxana ləvazimatı aldırıb. Əslində, bu qədər pul silinib, pullar da elə baş həkimin cibinə gedib./politika/
269 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi