Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2016

5 ayda Gürcüstana 600 minə yaxın azərbaycanlı səfər edib

2016-cı ilin ilk 5 ayı ərzində Gürcüstanı rekord sayda turist ziyarət edib.

“Sputnik-Georgia”ya xəbər verir ki, bu barədə qonşu ölkənin baş naziri Georgi Kvirikaşvili məlumat verib.

“Cari ilin 5 ayı ərzində Gürcüstana gələn turistlər və səyahətçilərin sayında rekord artım qeydə alınıb. 2016-cı ilin may ayına olan məlumata görə, xaricdən gələnlərin sayı 14,9%, Gürcüstanda 24 saat və ya daha artıq qalan turistlərin sayı isə 24,3% artıb. Bu çox müsbət göstəricidir” — deyə baş nazir bildirib.


Kvirikaşvilinin sözlərinə görə, Gürcüstana təkcə qonşu ölkələrin sakinləri deyil, Avropa İttifaqı dövlətlərindən də gəlirlər ki, bu da çox önəmlidir.

Milli Turizm Administrasiyasının məlumatına görə, son 5 ay ərzində ölkəni 2 milyon 119 min 275 nəfər ziyarət edib. Turist səfəri edənlərin sayı 782 min 814 nəfər təşkil edib. Ziyarət sayı baxımından qonşu ölkələrin sakinləri liderlik edir. Birinci yerdə 570 min 825 nəfərlə Azərbaycan qərarlaşıb. Onun ardınca 524 min 71 nəfərlə Turkiyə gəlir. Ermənistandan gələnlərin sayı 445 min 343 nəfər, Rusiyadan isə 303 min 678 nəfər təşkil edib.

Beşliyi Ukrayna (53 min 166 nəfər) bağlayır.

2015-ci ildə Gürcüstanın turizm sektorundan gəliri 1,94 milyon dollar təşkil edib./report/
270 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın