Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2016

Hökumətin Qarabağ “müjdə”si

Qələbəni ancaq təsəvvür etmək olar

Aprel döyüşləri zamanı ordumuzun əzmkarlığı, cəmiyyətdəki milli ruh, fərqli düşüncələrin həmrəyliyi hamını sevindirdi. Insanlarda torpaqların işğaldan azad ediləcəyinə, 24 illik həsrətə son qoyulacağına böyük inam yaratdı. Bir neçə zirvənin ələ keçirilməsi, hökumət cameəsindən “səbrimiz tükənir” nidalarının eşidilməsi bu inamı daha da artırdı.

Amma bir neçə gündən sonra məlum oldu ki, hökumət qələbənin sevincinə yox, məğlubiyyətin kədərinə hazırlaşır. Yəni “vurarıq”, “alarıq” təbliğatının görüntü xatirinə edildiyi, bu sözlərin arxasında qətiyyətin dayanmadığı aydın oldu. Vəziyyət o həddə çatdı ki, “müharibə” sözünü dilinə gətirənləri “arzuolunmaz şəxs” siyahısına saldılar. Əlbəttə, hökumətin atəşkəsə qaçması, fürsəti dəyərləndirməməsi cəmiyyətdə ciddi narazılığa və hökumətin nüfuzunun daha da itməsinə səbəb oldu. Ona görə də hökumət “sülh danışıqları məntiqi sonluğuna çatır” təbliğatına start verdi. Cəmiyyətə sübut etməyə çalışdılar ki, atəşəksin yenidən möhkəmləndirilməsi, danışıqların müsbət nəticələnməsiylə bağlıdır. Amma Ermənistan rəhbərliyinin bəyanatları göstərdi ki, heç bir razılıq əldə olunmayıb, status-kvonu sığallamaqla məşğuldular. Vyana görüşü isə bütün ümidlərə son qoydu və danışıqların biabırçı yekunu oldu.


Bütün bunları niyə xatırlatdıq? Son günlər hökumət sözçüləri bu biabırçılığı sığortalamaq üçün “arqument” tapıblar və hər yerdə bu “arqument”i səsləndirirlər. Sanki bu arqumentlə cəmiyyətə təsəlli vermək istəyirlər. Uzun illər uğura təşnə olmuş xalqı “şikəst” qələbələrlə sevindirməyin asan olacağını düşünürlər. Belə ki, “torpaqlarımızı azad edə bilərdik, amma imkan vermədilər” ifadəsini son günlər tez-tez eşitməyə başlamışıq. Bu arqumentdən sallaşmaqla həm özlərini məsuliyyətdən azad etmək, həm qəhrəman obrazı formalaşdırmaq, həm də məsuliyyəti beynəlxalq hüququn üstünə atmaq istəyirlər.

Bəli, 24 illik məğlubiyyətdən sonra bizə verilən “xoş xəbər” bundan ibarətdir. Deməli, xalqımız “azad edə bilərdik” fikri ətrafında xəyal quraraq təsəlli tapmalıdır. Belə çıxır ki, ən əlverişli şəraitdə də hökumət torpaqları azad etməkdə acızdir. Axı, biz buna niyə sevinməliyik və hökumət bununla özünü niyə sığortalamalıdır?

Etiraf olunur ki, döyüşləri Rusiya dayandırıb. Yəni dünya sülhə səsləməklə kifayətlənib, “dayanın” əmri isə Rusiyadan gəlib. Deməli, torpaqların işğaldan azad edilməsinə Rusiya imkan verməyib və hökumət bunu dolayısıyla etiraf edir. Əgər bundan sonra yenə belə fürsətlər ələ düşsə və yenə də Rusiya “dayanın” əmri versə, hökumət yenidən “stop” edəcək. Deməli, bizim “getmək” planımız, Rusiyanın “dayanın” əmrinə qədər qüvvədədir. Deməli, ordumuz yalnız Rusiya imkan verəcəyi təqdirdə zəfər qazana bilər. Deməli, ordunun öz təyinatı üzrə hərəkətə keçməsi Rusiya amilindən asılıdır. Bütün bunlar isə “biz müstəqil ola bilməmişik” nəticəsini ortaya çıxarır. Bəli, 24 ildən sonra hökumət bizə asılı vəziyyətdə olmağımızın “müjdə”sini verir.

“Heç kim bizim daxili işimizə qarışa bilməz” şüarı ilə silahlananlar Rusiyanın zəhmi qarşısında tərksilah olublar.

Əslində, “azad edə bilərdik, imkan vermədilər” arqumentində cəmiyyətə ciddi bir mesaj da var. Mesaj isə bundan ibarətdir ki, biz qələbəni yalnız təsəvvür edə bilərik. Yəni “azad etdik” xəbərini gözləməməliyik, “azad edə bilərdik” xəbəri üzərində xəyal qurmalı, qələbəni təsəvvür edib sevinməliyik.

Uzun illərin “uğurlu diplomatiya”sı, “uzaqgörən siyasət”i, bizi yuxu görməyə, xəyal qurmağa səsləyir.

Məsələ bundadır ki, hökumət bu “arqument”lə özünü qəhrəman kimi göstərməyə cəhd edir. Sanki bu qətiyyətsizlik, acizlik, qeyri-müstəqillik uğur göstəricisidir. Əgər “Lazım” Rusiyanın əmriylə hərəkət edirsə, niyə 100-dən artıq hərbçimiz həlak olmalıydı, niyə yüzlərlə mülki ev dağıdılmalıydı?

Bir sözlə, demək istəyirik ki, düşmənin Lələtəpə zirvəsi uğrunda mübarizə apardığı bir vaxtda, “ala bilərdik, imkan vermədilər” təbliğatı ikrah doğurur, nifrət yaradır. Torpağımızın azadlığı torpağımızın işğalına “yaşıl işıq” yandıranın əhval-ruhiyyəsinə bağlıdırsa, vay bizim halımıza./azadlıq/
383 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15
İlham Əliyevdən g