Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2016

Neft Şirkətində 12 faiz rəhbər işçiyə ehtiyac varmı?

Mirvari Qəhrəmanlı: «Rəhbər işçilər az qala toxunulmaz olub, islahatlar aparılanda da onlara toxunulmur»

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov Neft Şirkətində bu gün təqribən 51 min 209 nəfər işçinin çalışdığını söyləyib. Bəlli olub ki, həmin işçilərdən 12 faizi rəhbər, 19 faizi mütəxəssis, 69 faizi isə fəhlədir.

Bu statistikada diqqət çəkən işçilərin 12 faizinin rəhbər vəzifələrdə çalışmasıdır. Aydın olur ki, 6000 min nəfərdən bir qədər çox işçi SOCAR-ın rəhbərliyində təmsil olunur. Görəsən, Neft Şirkətinə bu qədər rəhbər işçi vacibdirmi?

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Neft Şirkətində bu qədər rəhbər işçinin çoxluğunun səbəbi kimi, bir-birini təkrar edən şöbələrin, sahələrin və onlar üzrə vitse-prezidentlərin olmasını göstərir. Mirvari xanım deyir ki, ekologiya idarəsində rəhbər işçi, şöbə rəisləri və onların da neçə müavini var. Bundan əlavə, “Azəriqaz” IB-də baş direktorun neçə-neçə müavini var ki, bu da 12 faizdən çox rəhbər işçi deməkdir:

“Çıxarılan neftə görə bu qədər işçi ola bilməz. Bir işçinin üzərində də nə qədər nəzarət formalaşıb. Ekologiya müəssisəsi, departamenti, idarələrin ekologiya şöbəsi, sahələrdə ekoloq var. Lakin bununla bərabər, Neft Şirkətinin ətraf mühitə vurduğu ziyana görə çoxlu cərimələri də var. Hər il açıqladığım hesabatda bildirirəm ki, şirkətdə ölüm hadisələri çoxalır. 2014-cü ildə hasilatda həlak olan 19 nəfərin 16-sı Neft Şirkətinə aid olub. 15-ci ildəki qəzaların sayı da kifayət idi. Təhlükəsizliklə əlaqədar idarə, müəssisə, şöbələr olsa da, vəziyyəti heç də müsbət hesab etmək olmaz. Neft Şirkətində işçilər işləyəndən çox rəhbərlikdə təmsil olunur. Təəssüf ki, ixtisar vaxtı, müqavilə müddətinin başa çatmasıyla əlaqədar, təqaüdçülərin çıxarılması problemi rəhbər işçilərə aid olmur. Rəhbər işçilər az qala toxunulmaz olub. Islahatlar aparılanda da onlara toxunulmur. Ona görə də rəhbər işçilər 12 faiz təşkil edir”.
265 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00
İranda t