Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2016

Göyçayda 7 nəfərlik ailə aclıq və xəstəlikdən tələf ola bilər-FOTOLAR

Lamiyə Məcidova 5 azyaşlı uşağıyla birlikdə damı, suyu, işığı və qazı olmayan evdə yaşayır 

Göyçayda 7 nəfərlik ailə sözün həqiqi mənasında dəhşətli vəziyyətdə yaşayır. Rayonun Natavan küçəsi ev 8 ünvanında yaşayan Lamiyə Məcidova fəhlə işləyən əriylə birlikdə dama olmayan, divarlarının da yarısı hörülmüş evdə 5 azyaşlı uşaq böyütmək məcburiyyəti ilə üz-üzə qalıb. 
Redaksiyamıza yazan Məcidova bildirir ki, bir neçə vaxtdır yağan intensiv yağışlar ailəlikcə onları xəstəliyə düçar edib. «Müayinə olunsaq, bəlkə də, vərəm xəstəliyinə düçar olmuşuq. Böyük uşağımızın 10, kiçiyin isə 1 yaşı olmaqla 5 uşağımız var. Ailədə heç kəs işləmir.Həyat yoldaşım iş olanda fəhləlik edir. Ancaq elə olur ki, aylarla iş olmur. Uşaqlarımızın 3-ü məktəbli olsa da, paltarları olmadığı üçün dərsə gedə bilmirlər. Həm də yeriməyə taqətləri yoxdur. Günlərlə quruca çörək almağa imkanımız olmur deyə, ac qalırıq. Heç bir yandan köməyimiz yoxdur».
Lamiyə Məcidova qeyd edir ki, yaşadıqları xarabalıqda nə işıqları, nə qazları, nə də suları var. «İşığımız olmayan hasarın içində içi tamamilə boş bir soyuducumuz var. Bu yaşamaq yox, zülm çəkməkdir. Bəlkə də Azərbaycanda acınacaqlı vəziyyətdə yaşayan ikinci blə bir ailə yoxdur».
Göyçay sakini Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevaya müraciət edərək, ondan yardım istəyir. «Dəfələrlə qəbullarda olsaq da, yalan vədlər verilib, amma əməl edilməyib. Mən mətbuat vasitəsi ilə Mehriban Çanım Əliyevadan çox-çox xahiş edirəm ki, bizə kömək etsin. İmkan verməyin ki, bu günahsız azyaşlı körpələr aclıqdan, xəstəlikdən məhv olsunlar»./jam/





326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
</