Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2016

İsti yay günlərində oruc tutan susamamaq üçün nə etməlidir?

Artıq bir neçə ildir ki, Ramazan ayı isti yay günlərinə təsadüf edir. Belə isti günlərdə aclığa dözmək asan olsa da, susuzluğa dözmək çətindir.

Daha az susamaq üçün aşağıdakı tövsiyələrə riayət etmək lazımdır:

İftardan imsaka qədər 8 stəkan su içmək faydalıdır.
Səhur vaxtı yağlı qidalardan və qənd, şəkər, şirniyyat kimi sadə şəkərli qidalardan çəkinmək lazımdır.
Səhər vaxtı bişmiş yumurta, balıq və digər ət konservaları, qəhvə, kakao, rəngli çay, buzlu su və ətdən çox istifadə etmək gün ərzində susuzluğu artıra bilər.
İftar vaxtından imsaka kimi qarpız, gilas, ərik kimi fəsl meyvələri yemək susuzluğun qarşısını alır.
Səhər vaxtı sulu yemək, xüsusilə də kərəviz, kədudan hazırlanmış sulu xörəklər gün ərzində susuzluğun qarşısını almaq üçün təsirlidir.
1557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 0