Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2016

Sovetski sakinləri: “Bəs biz Azərbaycanda yaşamırıq?”

Sovetskinin Mustafa Sübhi 89 ünvanında 30 ilə yaxındır yaşayan Aida xanım 20 gündən çoxdur evinin qaranlığa qərq olmasından şikayət edir.

Üzbəüz yaşayış binaları sökülsə də, o maddi kompensasiya məsləsində razılığa gəlmədiyinə görə evinin salamat qalması uğrunda mübarizə aparır.

Dediyinə görə digər kommunal xidmətlərdə, su və qazın verilməsində də problem olmasına baxmayaraq “işıqsız yaşamaq ona çətin gəlir”.


Eyni küçədə yaşayan və evlərini tərk etməyən digər qonşular da eyni problemi bölüşür. Evlərini tərk etmək istəməyən sakinlər deyir ki, onlardan razılığı “yaxşılıqla da almaq olar, yamanlıq nəyə lazım”.

Əhalinin kommunal xidmətlərlə bağlı bu və digər suallarını Yasamal Rayon İcra Hakimiyyətinə ünvanlamağa cəhd etsək də, onlar cavab verməkdən imtina etdi. (BBC azeri)
333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30