Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2016

Azərbaycanlı qadın Ermənistan tərəfə keçdi

Azərbaycan vətəndaşı olan qadın qanunsuz olaraq Ermənistana keçib.

Bu barədə Novosti Armeniya Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyana istinadən məlumat yayıb.

“Bu il iyunun 7-də Azərbaycan-Ermənistan sərhədinin Mehrab istiqamətində Azərbaycan vətəndaşı, Tovuz rayonunu Yanıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Vəliyeva Zöhrə Vardzor qızı Ermənistan tərəfə keçib”, – deyə o bildirib.


Onun sözlərinə görə, hazırda Z.Vəliyeva barəsində əlavə məlumatların toplanması və onun erməni tərəfə hansı şəraitdə keçməsi ilə bağlı dəqiqləşdirilmələr aparılır.

İşçi qrupunun rəhbəri onu da bildirib ki, Z. Vəliyeva ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevan nümayəndəliyinə məlumat verilib./virtualaz/
736 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
11.12.17, 17:30
Avroliqada püşk atıldı
Go to TOP