Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2016

Saakaşvili çadıra köçdü

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili iş otağını tikilməkdə olan yolun kənarındakı çadıra köçürub. Bu barədə Saakaşvili “Facebook” profilində xəbər verib.

Odessa vilayətinin qubernatoru hazırda bütün işlərini və iş görüşmələrini çadırda aparır. İyunun 5-də Saakaşvili gələn həftə iş otağını təmir işləri gedən Оdessa-Reni yolunun kənarına aparacağını qeyd etmişdi.

"Gələn həftə mən öz otağımı Оdessa-Reni yolunun kənarındakı çadıra aparacağam. İşlərin maliyyələşdirilməsi 100 faiz olana qədər bütün işgüzar görüşləri və qəbulları mən yalnız bu çadırda aparacağam. Bəsdirin insanları ələ saldınız!", - deyə sabiq prezident sosial şəbəkədəki səhifəsində yazmışdı./ans/
323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 17:48