Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2016

Məhəmməd Əlinin adı küçəyə verildi

Nyu Yorkun yerli hakimiyyəti şəhər küçələrindən birinə bu yaxınlarda vəfat etmiş əfsanəvi boksçu Məhəmməd Əlinin adını verib.

Trend-in məlumatına görə, şəhərin meri Bill de Blazio 33-cü Uest strit küçəsinin adının müvəqqəti dəyişdirilərək Məhəmməd Əli adlandırıldığını bildirib. Elə bu küçədə M.Əlinin heç də az döyüş keçirmədiyi, o cümlədən 1971-ci ildə rinqdə Co Freyzerlə qarşılaşdığı "Medison Skver Qarden" idman sarayı yerləşir.

B.Blazio qeyd edib: "Məhəmməd Əli bizim şəhərin mərkəzi küçələrindən birinə onun adının verilməsinə layiqdir".

Küçənin adı bu qərarın Şəhər Şurası tərəfindən bəyənilməsindən sonra birdəfəlik dəyişdirilə bilər.
302 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 09:40