Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2016

Azərbaycanda toy yasa döndü - AİLƏ DRAMI

Şamaxı rayonunda qardaş qardaşını odlu silahla qətlə yetirib. Hadisə ötən gün axşam saatlarında Şamaxı şəhərinin Hüseyn Ciddi küçəsindəki 74 saylı evdə qeydə alınıb. 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Ağır xəsarətlər alan iki uşaq atası Azər Rəşidov hadisə yerində dünyasını dəyişib.

Məlumata görə uzun illərdir ki, Rusiyada yaşayan Azad Rəşidzadə bu günlərdə bacısı oğlunun toy mərasimində iştirak etmək üçün Şamaxıya gəlib və ev üstündə dava edərək qardaşını öldürüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən Azad Rəşidzadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə zamanı güllələrdən biri də onları sakitləşdirmək istəyən A.Rəşidzadənin həyat yoldaşı Möminə İbadovaya dəyib./apa/
322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber