Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

SOCAR yunanlara 400 milyon avro ödəyib

Türk mətbuatı Azərbaycanın Avropadakı sərmayəsindən yazdı
Xəbər verildiyi kimi, dekabrın 21-də Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və «Petroleum» şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan «DESFA» şirkətinə məxsus səhmlərin 66 faizinin alınmasına dair müqavilə imzalanıb. İmzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluqları tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcəkdir.
İmzalanma mərasimində qeyd olunmuşdur ki, «DESFA» şirkətinə məxsus səhmlərin böyük hissəsisinin SOCAR tərəfindən alınması Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində rolunun artırılması, eləcə də Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik hadisədir.
Türkiyənin habertürk.com saytı yazır ki, SOCAR yunan şirkətinin səhmlərini alma üçün 400 milyon avro ödəyib.
Portal yazır ki, SOCAR-ın satın aldığı səhmlərin 31 faizi «TAİPED»ə, 35 faizi isə «Yunanıstan Petrolium»a aid olub.
Qeyd edək ki, əvvəlcə bu sənədlərin dekabrın 17-də Bakıda imzalanması nəzərdə tutulmuşdu, lakin texniki səbəblər nəticəsində imzalanmanı həyata keçirmək mümkün olmamışdı.
1521 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 08:12