Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2016

İranın dəhşət saçan “Şaher” silahı – Video

İraqda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə İŞİD terrorçuları arasında baş verən döyüşün görüntüləri yayılıb.

Qarşıdurmada İran istehsalı olan “Şaher” snayperlərinin effektliliyi diqqət çəkib.

Görüntülərdə snayperin divarın arxasındakı düşməni dəqiqliklə məhv etdiyi, onu göyə atdığı əks olunub.

Qeyd edək ki, “Şaher” zirehli texnika və vertolyotlarda istifadə olunan unikal snayper növüdür.

Çapı 14.5 mm olan snayper 4 kilometr məsafədən hədəfi məhv etmə qabiliyyətinə malikdir. Silahın çəkisi 22 kiloqram, uzunluğu 1,85 metrdir.

Silah 2012-ci ildə İran Silahlı Qüvvələrinin inventarına daxil edilib. 2014-cü ildə isə yenilənmiş versiyası təqdim olunub./axar/

 


2331 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 10:26