Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2016

Həbsdəki MTN generalı ilə bağlı müəmmalı xəbərlər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyindəki çetenin əsas simalarından biri olan həbsdəki general Akif Çovdarov növbəti dəfə istintaq hərəkətləri aparılıb. Bu barədə gununsesi.info-nu hüquq-mühafizə orqanlarındakı mənbə məlumatlandrıb.

Məlumatda bildirilir ki, Akif Çovdarov bu dəfə vaxtilə hədə-qorxu ilə külli miqdarda pulunu aldığı iş adamlarının biri ilə üzləşdirilib. İstintaqa ifadəsində Çovdarov maraqlı fikir də söyləyib. O, ittihamların bəzilərini qəbul etmədiyini də deyib: “Mənim üçün artıq fərqi yoxdur. Nə istəyirsizsə, yazın. Onsuz da mən ağır xəstəyəm. Çox yaşamayacağam, öləcəm. Ona görə də mənə nə qədər cəza verilməsinin əhəmiyyəti yoxdu”. Sayt yazır ki, Akif Çovdarov 1 saylı İstintaq Təcrdixanasının tibb məntəqəsinə yerləşdirilib: “O hazırda tibb məntəqəsinin 7 saylı palatasında qalır”.

Sosial şəbəkələrdə isə Akif Çovdarovun intihara cəhd etməsi ilə bağlı xəbərlər yayılıb. Məsələni dəqiqləşdirmək üçün vəkil Kamandar Nəsibovla əlaqə saxlanıb. Vəkil bildirib ki, yayılan məlumat yalandır: “Akif Çovdarov heç müalicə mərkəzində olmayıb. Hazırda Kürdəxanadadır. Bu cür yanlış xəbərlərin yayılmasını anlamırıq”. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən verilən məlumata görə, Akif Çovdarov indiyə qədər həmin müəssisəyə gətirməyib./musavat/
254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:55