Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Tibb bacısı iş yoldaşını bıçaqladı

Bakıda məşhur xəstəxanada tibb bacısı digərini bıçaqladı

Tibb bacısı digər tibb bacısını bıçaqlayıb

Dekabrın 24-də Bakının tanınmış və elitar xəstəxanalarından olan Mərkəzi Klinik Xəstəxanada bıçaqlanma hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Parlament prospekti, 2 ünvanında yerləşən xəstəxanada tibb bacısı, 1984-cü il təvəllüdlü Hüseynova Hürü Fərman qızı digər tibb bacısı, 35 yaşlı Esmira İbrahimovanı bıçaqlayıb.

H. Hüseynova bıçaqla iş yoldaşına hücum edib və onu kürəyindən vurub. E. İbrahimovaya elə işlədiyi xəstəxanada tibbi yardım göstərilib.

Tibb bacısının iş yoldaşını hansı səbəbdən bıçaqladığı araşdırılır.
1466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24