Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2016

Neftçilərin ailələri verilən kompensasiyadan narazıdır

İyunun 8-də "Günəşli" yatağındakı 10-cu dəniz platformasında itkin düşən neftçilərin ailələri yenə bir araya toplaşıblar. Onlar SOCAR rəhbərliyinə problemlərini danışmağa gəliblər. Ailələri Natiq, Rəfael, Firudun adlı şəxslər qəbul edib.

Zaur Xəlilovun anası Gülgəz Xəlilova deyir ki, ailələrinə təkcə oğlu baxırdı. İndi isə deyilən təqaüdü də onlara vermirlər:

"136 manat bir uşağa pul verilib. Gedirsən, deyirlər, söz deyilib ordada qalıb. Amma Rövnəq müəllim demişdi ki, ayda 260 manat ödənilməlidir. Mən indi bu problemi dedim. Uşağımın evi yoxdur. Qardaşının evinə qalırlar. O evdə başımıza uçur. Dedim, komissiya təşkil edin, gəlin baxın, qardaş evində də yaşasa, heç olmasa buna bir əncam çəkin. Bəlkə mənim uşağım işləyib, özü təmir edəcəkdi? İndi qalmışıq zülmdə"./meydantv/
220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber