Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2016

Ermənistana keçən qadının adı açıqlandı

Bu il iyunun 7-də Ermənistana keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti haqda açıqlama yayılıb.

Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə araşdırma aparıb.

Həmin şəxsin Gədəbəy rayonu, Arabaçı kənd sakini 39 yaşlı Qətibə Ələkbərova olduğu bildirilir. Komissiyadan verilən məlumata görə, araşdırma zamanı Q.Ələkbərovanın Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olduğu müəyyən edilib. Hazırda Q.Ələkbərovanın azad edilməsindən ötrü tədbirlər görüldüyü qeyd edilir.


Ermənistan mətbuatı yazırdı ki, Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 39 yaşlı Zöhrə Vəliyeva iyunun 7-də onlara tərəf keçib. Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielian-a istinad edilirdi.

Tovuz rayon Polis Şöbəsi və icra qurumları Yanıqlı kəndində Zöhrə Vəliyeva adlı şəxsin yaşamadığını deyirdilər./apa/
403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber