Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

İdman nazirimizin adı Türkiyədəki qalmaqalda

Gənclər və idman naziri Azad Rəhimovun Türkiyədəki olaylarda adı keçdiyinə dair məlumatlar var

Xəbər verildiyi kimi, Türkiyədə antikorrupsiya əməliyyatları çərçivəsində 91 nəfərə yaxın adam həbs olunub. Onların sırasında bir neçə Azərbaycan vətəndaşı, o cümlədən Naxçıvan gömrüyünün rəsmisi də var. Dünən məlumat vermişdik ki, türk istintaqçıları məsələni araşdırmaq üçün artıq Bakıya gəlməyə hazırlaşırlar və yaxın günlərdə bu səfər reallaşacaq.

Jam.az-a verilən məlumatlarda vurğulanırdı ki, istintaqçıların Bakıda ifadə alacağı şəxslərdən biri tanınmış biznes adamıdır. Eyni zamanda, ortada məmurlardan birinin də adı hallanır. Bu gün Jam.az-a bununla bağlı ilginc məlumat daxil olub. Həmin məlumatda deyilir ki, türk istintaqçılarının Bakıya gəlişi zamanı görüşüb, ifadə alacağı şəxslərdən biri Gənclər və İdman naziri Azad Rəhimovdur. Həmin iddiaya görə, Ankarada istintaqa verilən ifadələrdə nazirin adı keçib.

Məlumatı verənlər qeyd edirlər ki, Azad Rəhimovun adı prosesə nazir kimi yox, böyük iş adamı kimi qarışıb. Belə ki, onun «Gilette» firmasının Orta Asiya və Çin üzrə disterbyüteri olduğu qeyd olunur. Həmin disterbyüterliyin dəyəri isə 3 milyard dollar civarındadır. Bu işləri isə nazirin Bakıda və Avropada fəaliyyət göstərən şirkətləri həyata keçirir. Ehtimal olunur ki, bu işlərdən əldə olunan qazancın bir qismi məhz Türkiyədəki qrupların əliylə «təmizlənərək» geri qaytarılıb. Və ya bu pulların Avropadakı banklara yerləşdirilməsi prosesi həyata keçirilib.

Qeyd edək ki, nazir Azad Rəhimov hələ nazir olmamışdan öncə böyük biznes sahibi olub. GİN başçısı təyin ediləndən sonra isə bu işləri bir zamanlar idarə etdiyi şirkətlərə həvalə edib. Hazırda isə onun ölkənin ən varlı məmurları sırasında olduğu da deyilir.
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...