Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2016

Hakimiyyətin devalvasiya qərarı 18 can aldı

Hökuməti varlandıran qərar vətəndaşı necə müflisləşdirir?

Azərbaycanda insan həyatı o qədər ucuzlaşıb ki, intiharların kütləviləşməsi adi hala çevrilib. Normal ölkələrdə bu neqativ tendensiya hökuməti silkələyər, intiharın səbəbləri aydınlaşdırılar və bu səbəblər aradan qaldırılardı. Bizim ölkədə isə intihar yaradan səbəblər daha da qüvvətləndirilir.

Belə ki, intihar edən adamlar əsasən kredit borcu olanlardı. Bir tərəfdən yüksək bank faizləri, bir tərəfdən işsizlik, bir tərəfdən də qiymət artımı vətəndaşı aciz qoyub. Hökumət isə mənasız layihələrə milyonlar xərcləyir, dünyanın müxtəlif yerlərində xeyriyyə tədbirləri həyata keçirir və borcu ödəməyən vətəndaşı məhkəmə ilə hədələyir. Ancaq gözümüzün qarşısında Azərbaycandan da kasıb olan ölkələr devalvasiyadan sonra vətəndaşa sahib çıxdı, zərəri dövlət ödədi.


Azərbaycan hökuməti Beynəlxalq Bankın sağlamlaşdırılması üçün dövlət büdcəsindən 3 milyard vəsait ayırdı, həm də 30 il müddətində ödəmək şərtilə. Amma vətəndaşın sağlamlaşması üçün 250 milyon manat ayrılmadı.

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, fevral ayında sirkə turşusundan zəhərlənmələr qeydə alınıb ki, onlar banklara kredit borcu olanlardır:ÿ”Fevral ayında banklara borcu olan 6 nəfər sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya müraciət edib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.ÿ

Mart ayında eyni halla bağlı 8 nəfər müraciət edib. Aprel ayından isə belə müraciətlərin sayı azalıb. Aprel və may aylarında ümumilikdə bu halla bağlı cəmi 4 nəfər xəstəxanaya müraciət edib”.

Göründüyü kimi, ikinci devalvasiyadan sonra kredit borcu olan 18 nəfər özünə qəsd edib. Onsuz da ödəniş qabiliyyəti olmayan vətəndaş üçün iki devalvasiya “həlledici zərbə” rolunu oynadı.

Ən dəhşətlisi isə budur ki, vətəndaşı ölümə sürükləyən devalvasiya hakim ailəyə milyonlar qazandırıb. Belə çıxır ki, vətəndaşın ölümü sayəsində hökumətin başında duranlar biznes qurub.

Belə ki, Korrupsiya və Mütəşəkkil Cinayətləri Araşdırma Mərkəzi (OCCRP) bildirir ki, prezident Ilham Əliyevin ailəsi 2015-ci ildə manatın devalvasiyasından on milyonlarla dollar əldə edib. Həmçinin ailəyə yaxın ÿiş adamları 2015-ci ildə manatın devalvasiyasından bir neçə həftə öncə keçirilən tranzaksiyalarda ən azı 64 mln. dollar əldə ediblər.

Daha sonra qeyd edilir ki, prezidentin həyat yoldaşı Mehriban Əliyevanın təsis etdiyi “Pasha Bank”ın 2015-ci ildə gəliri 35,9 mln. manat (təxminən 28 mln. dollar) – bir il əvvəlki göstəricilərdən altı dəfə çox təşkil edib.

Aydın görünür ki, vətəndaşı zəlil vəziyyətə salan devalvasiya hakim ailəni daha da varlandırıb.

Bir sözlə, insanları intihar həddinə çatdıran səbəblər bütün mənalarda aydın görünür. Sadəcə olaraq səbəb hökumətin özü olduğuna görə qabaqlayıcı tədbirlər görülümür. Deməli, hökumətin məqsədli siyasəti intiharı zəruriləşdirir və çıxış yolu bu hökuməti yola salmaqdır./azadlıq/
446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01