Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2016

Qoz xərçəngin bu növündən qoruyur

Düz bağırsaq xərçəngi bütün dünyada ən yayılmış xərçəng növlərindən biri sayılır.
Amerika alimləri son araşdırmada sübut ediblər ki, qoz düz bağırsaq xərçənginin riskini azaldır.
Xarici mənbələrin məlumatına görə, siçanlar üzərində aparılmış eksperimentlər göztərib ki, hər gün qoz yeyən siçanlarda şişlərin inkişafı riski 2 dəfə azalıb.
Alimlərin fikirinə görə, qoz bağırsaqların mikroflorasını yaxşılaşdırır, bağırsaqların daha yaxşı təmizlənməsinə kömək edir, qəbizliyi aradan qaldırır ki, bütün bunlar xərçəngin inkişafının qarşısını alır. Bundan əlavə qozun tərkibində olan yağlı turşular və E vitamini də qozun şişəleyhinə təsirini gücləndirir.
Bundan əvvəl Hollandiyada alimləri sübut ediblər ki, qozun gündəlik qəbulu ani ölümünün riskini azaldır. Tədqiqatçılar hər gün 15 qr qoz yeməyi tövsiyə edirlər./Saglamolun/
489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber