Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

Məclis nümayəndələrinə

Ayətullah Xameneinin parlament üzvlərinə tövsiyəsi

Möhtərəm deputatlara parlamentin və onun komissiyalarının vaxtına əhəmiyyətli yanaşmağı, onun hətta bir dəqiqəsini də hədər verməməyi və iclaslarda mütləq iştirak etməyi tövsiyə edirəm. Həmçinin tövsiyə edirəm ki, komissiyalarda və digər yerlərdə lazım olan dəqiq məlumatlara malik olsunlar, parlamentə təqdim olunmuş layihələr üzərində diqqətlə araşdırma aparsınlar, səsvermələrdə mütləq iştirak etsinlər, İslamın nurlu hökmləri çərçivəsində ölkənin məsləhətinə uyğun səs versinlər və parlamentin tribunasından deyilən bütün fikirləri düşünülmüş olsun.
Həmçinin parlament deputatı olan bütün qardaş və bacıları təqvaya, ibadətə, mənəviyyata, dünya bərbəzəklərinə etinasızlığa, vəzifə və postu kiçik, xalqa xidməti isə böyük və mühüm saymağa, haqqı bərpa, batili məhv etməyə çalışmağa, təkəbbürlülük, etinasızlıq, israfçılıq və yayınmadan çəkinməyə çağırır və Quranın bu möhtəşəm nəsihətini onlara xatırladıram: "Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. Gözəl aqibət ancaq təqvalı olanlarındır!"

Vilayet.info
446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP