Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Türkiyədə adı korrupsiya qalmaqalında hallanan üçüncü nazir istefaya gedib

“Bu milləti və vətəni rahatlatmaq üçün hörmətli baş nazir də istefa verməlidir”

Şəhərsalma və ətraf mühit naziri vəzifəsindən istefa verən Ərdoğan Bayraktar istefasının səbəblərini NTV telekanalına açıqlayıb. O, istefa verməsi üçün baş nazir tərəfindən ona təzyiq göstərildiyini bildirib:

“Cinayət işi dosyesində mənimlə bağlı izah edə bilməyəcəyim hansısa məqam yoxdur. Təbii ki, baş nazirin istədiyi naziri vəzifədən çıxarmaq səlahiyyəti və haqqı var. Lakin rüşvət və korrupsiya ilə bağlı bir əməliyyat səbəbi ilə “istefa edin və məni rahatladacaq bəyanat verin” şəklində mənə təzyiq göstərilməsini qəbul etmirəm. Çünki istintaq dosyesinin mənimlə bağlı hissələrində yer alan inşaat planlarının hamısı baş nazirin təsdiqindən keçən məsələlərdir. Bu minvalla nazirlikdən və millət vəkilliyindən istefa verdiyimi açıqlayıram. Bu milləti və vətəni rahatlatmaq üçün hörmətli baş nazirin də istefa verməsinin lazım olduğuna inanır və uca millətimə sayğılarımı çatdırıram”.
1510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16,