Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

Manatın məzənnəsinin düşməsi inflyasiyanı yüksəldib

Beynəlxalq Valyuta Fondu belə hesab edir

“Manatın məzənnəsinin düşməsi Azərbaycanda inflyasiyanı yüksəldib”. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir.

Hesabatda bildirilir ki, bu il inflyasiyanın ikirəqəmli həddə yüksələcəyi proqnozlaşdırılır. Bu isə son 15 ildə ən yüksək göstəricidir.


“Manatın dəyər itirməsi bankların balans hesablarına da təsir edib. Qafqaz və Mərkəzi Asiya ölkələrində dollarlaşma həddən artıq yüksəkdir. Yerli valyutaların məzənnələrinin gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik dollarlaşma səviyyəsini son günlərdə bir qədər də yüksəldib”, – deyə hesabatda qeyd olunub.

Hesabat müəllifləri tövsiyə edir ki, bu ölkələrin mərkəzi bankları xarici valyutada olan aktivləri yerli bank sisteminə ötürsünlər.

Bir gün əvvəl Dövlət Statistika Komitəsi bildirib ki, bu ilin 5 ayında ötən ilin analoji dövrü ilə müqayisədə 10 faizdən çox infilyasiya olub. Ancaq müstəqil iqtisadçılar hesab edirlər ki, gerçək inflyasiya bundan daha yüksəkdir.
389 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı