Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

“Ölkədə yoxsulluğun və işsizliyin səviyyəsi 50-55 faizdir”

Statistika Komitəsinin verdiyi açıqlamaya görə ölkədə işsizlik və yoxsulluq devalvasiyadan öncəki durumdadır, yəni 5% həddində. Ekspertlər bu rəqəmlərin siyasiləşmiş bir rəqəm olduğu qənaətindədirlər.

Hüquqşunas, Milli Şura üzvü Vidadi Mirkamal deyib ki, verilən statistik rəqəmlər reallğı deyil, dövlətin maraqlarını əks etdirir: “Ölkə rəsmilərinin statistika ilə bağlı çox ciddi problemləri var. Azərbaycan artıq uzun illərdir ki, statistika ilə bağlı böhran yaşayır. Ölkədə olan işsizliyin və yoxsulluğun səviyyəsini 5% həddində qeyd etmək çox gülməli bir rəqəmdir. Ölkədə hər gün bağlanan iş yerləri, gəlirliliyin ciddi şəkildə azalması, dilənçilik duruma düşən əhali və s. kimi kəsimləri özündə cəm edən cəmiyyətə işsizlik və yoxsulluğu 5% həddində göstərmək heç bir məntiqə sığmır. Düşünürəm ki, bu rəqəmləri açıqlayan insanların özləri belə bu göstəricilərin reallığına inanmır. Buna baxmayaraq yalan rəqmləri deməkdə davam edirlər və bu yalanlar artıq ölkə rəsmilərinin peşə xəstəliklərinə çevrilib. Azərbaycanda iki devalvasiyadan sonra işsizlik və yoxsulluğun 5% olduğunu qeyd etmək ölkə insanını ələ salmaqdır. Azərbaycanda köklü islahatlar olmadan, bu qədər neft pullarının talandığı bir vaxtda ölkədə yoxsulluğun və işsizliyin səviyyəsinin 50-55 faiz olduğu birmənalı şəkildə bütün insanlara məlumdur. Bunu inkar etmək özünü aldatmaqdır. Bu hakimiyyət özündə güc tapıb ilk növbədə bu reallıqları etiraf etməlidir. Eyni zamanda hakimiyyət insanlara təminatlı təhsil, səhiyyə və s. verməlidir. Bu cür rəqmləri söyləməklə insanların əsəbiləri ilə oynamaq hökumətə baş ucalığı gətirmir”./azadlıq/
297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:07