Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

“Avro-2016” terror təşvişi ilə başlayır

Bir neçə ölkənin xüsusi xidmət orqanlarından xəbərdarlıq gəldi

Futbol üzrə Avropa çempionatı ərəfəsində turniri qəbul edən Fransada etiraz dalğaları səngimək bilmir. Parisdə əmək islahatlarına etiraz edən nümayişçilərlə polis arasında toqquşmalar olub. Bundan başqa, dəmiryolçuların müddətsiz tətili də bir həftədən çoxdur davam edir. Nümayiş iştirakçıları Parisin Şimal vağzalında UEFA kubokunu gətirən qatarın yolunu kəsiblər.

El-Komri qanununun ləğv olunması tələbi ilə çıxış edən etirazçılar futbol üzrə Avropa çempionatının keçirildiyi vaxt ölkəni iflic edəcəkləri ilə hədələyiblər. Bir qədər əvvəl kubok Fransanın 25 şəhərində nümayiş olunsa da, etirazlar səbəbindən onun Parisdəki təqdimatı baş tutmayıb.


Çempionatın başlamasına saatlar qalmış tətil probleminin üzərinə terror təhlükəsi də əlavə olunub. Bu barədə eyni vaxtda bir neçə ölkənin xüsusi xidmət orqanları xəbərdarlıq ünvanlayıblar. “Avro-2016”nın təşkilat komitəsinin prezidenti Cak Lamber də terror təhlükəsi ilə bağlı narahatlığını ifadə edib.

Bir neçə gün əvvəl Almaniya xüsusi xidmət orqanlarının rəhbəri Hans-Georq Masendən də anoloji xəbərdarlıq gəlmişdi. Masen bildirmişdi ki, futbol üzrə Avropa çempionatı terrorçuların diqqətini gündən-günə daha çox cəlb edir. Onun sözlərinə görə, terrorçular “Avro-2016”nı hədəfə götürüblər və bunu açıq şəkildə dilə gətirirlər.

Masen əsas təhlükənin IŞID, “Əl-Qaidə” və “Ən-Nüsra Cəbhəsi”ndən gələ biləcəyini ÿdüşünür.

Masen xatırladır ki, IŞID cihadçıları Avropada teraktlar törətməyə ÿçağırıb:ÿ “Sosial şəbəkələrdə və messencerlərdə ünsiyyət quran terrorçuların planları haqda məlumat öyrənmək o qədər də asan deyil. Bunun üçün ABŞ xüsusi xidmət orqanları, həmçinin Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq etmək lazımdır”.

Fransa xüsusi xidmət orqanları da hesab edir ki, IŞID məlum çempionat zamanı terror aktları həyata keçirə bilər.

Qeyd edək ki, IŞID “Twitter”də yaydığı son müraciətlərinin birində tərəfdarlarını Ramazan ayı ərəfəsində teraktlar törətməyə çağırıb ki, bu tarix də çempionatın başladığı vaxta təsadüf edir.
380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı