Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

İran Amerikanın pulunuhərbi sahəyə qoydu

İran hakimiyyəti ABŞ-dan aldığı 1,7 mlrd. dollar vəsaiti hərbi gücünün möhkəmləndirilməsinə yönəldib. “TASS”ın verdiyi xəbərə görə, bu barədə “The Washington Free Beacon” nəşrində dərc olunmuş materialda bildirilir.

“İslam Respublikası ABŞ-dan aldığı 1,7 mlrd. dollar vəsaiti hərbi gücünün genişləndirilməsi və möhkəmləndirilməsinə yönəldib. Həmin məbləğ amerikalı vergi ödəyicilərinin ödədiyini vəsait hesabına ödənilib. Bu ilin əvvəlində ABŞ Administrasiyası uzun illər davam edən hüquqi mübahisələri nizamlamaq məqsədi ilə İrana 1,7 mlrd. dollar verib”.

Nəşr iddia edir ki, İran həmin məbləği Fars körfəzindəki hərbi iştirakının genişləndirilməsinə, Rusiya istehsalı olan “Su -30 CM” çoxməqsədli qırıcı təyyarələri və S-400 “Triumf” zenit-raket sistemlərinin alınmasına yönəldib.

Konqresdə hesab edirlər ki, ABŞ bu məbləği İrana həbsdə olan amerikalıların azad olunmasına görə verib. Konqres bu məsələ ilə bağlı araşdırma aparır.

Dövlət Departamenti isə səsləndirilən iddialarla bağlı heç bir şərh verməyib./apa/
333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27