Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

Üç ölkənin müdafiə nazirlərinin görüşündən mesaj:"İstəyirik, ağıllı olsunlar"

İran, Rusiya və Suriya müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.

Tehranda keçirilən görüşdə terrorçuluqla mübarizə yolları müzakirə olunub.

Görüşün sonunda İranın müdafiə naziri Hüseyn Dehqan deyib ki, İran Suriyada terrorçuların nəfəs dərməsi üçün atəşkəs deyil, zəmanətli həqiqi atəşkəsin olmasının tərəfdarıdır: “İran Suriya, İraq və Yəməndəki böhranların həlli yolunu terrorçulara qarşı ciddi mübarizədə, terrorçuluğun tamamilə məhv olunmasını təmin edəcək terrorçuların maddi və siyasi dəstəyinin qarşısını almaqda görür. Bundan başqa, İran həmin ölkələrin xalqlarının istəyi ilə öz taleyini təyin etmək üçün dinc və sabit şəraitin yaradılmasının tərəfdarıdır”.

“Regionda sabitliyin təmin olunması üçün hərtərəfli atəşkəsin əldə olunması gərəkdir, humanitar yardımlar üçün imkan yaradılmalı, eyni zamanda, terrorçuları təchiz olunmasının qarşısı alınmalıdır”, – deyə İranın müdafiə naziri qeyd edib.

H. Dehqan deyib ki, Tehranda keçirilən görüşdə terrorçuluğa qarşı ciddi, tez və hərtərəfli addımların atılması üçün qərarlar qəbul olunub: “Suriya daxilindəki qruplar və hərəkatlardan istəyirik ki, ağıllı olsunlar, Suriya xalqının istəyi əsasında bu ölkənin qanuni hökuməti ilə dinc danışıqlara başlasınlar. Birlikdə çalışmaqla sülh və sabitliyin təmini və terrorçuluq təhlükəsini məhv etmək istiqamətində iş görsünlər”.

O, İran, Rusiya və Suriyanın birgə əməkdaşlığı nəticəsində bölgə üçün təhlükə yaradan planların pozulması üçün strateji qərarlar qəbul olunacağına və bölgə xalqları üçün sabitlik yaranacağına ümidvar olduğunu bildirib./apa/
317 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...