Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

Bərdədə məcburi köçkünlərin evləri yandı - FOTOLAR

Bərdə rayonunda güclü yanğın hadisəsi baş verib. 

Hadisə Həsənqaya kəndi ərazisində, Balabəyli kənd sahə xəstəxanasının həyətindəki yardımçı binada qeydə alınıb. 

Yanğının baş verdiyi tikilidə Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb. Səhər saatlarında baş verən yanğın zamanı orda yaşayan Fatma Zeynalovaya və onun bacısı Şəfiqə Zeynalovaya məxsus ev əşyaları tamamilə yanıb. 

Hadisə yerinə Bərdə yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğının ətrafda olan otaqlara keçməsinin qarşısı alınıb. 

Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi deyilir./teleqraf/



472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
16.01.17, 08:13