Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

Fransa xalqı mitinq eləyir – Paris küçələri darmadağın (Foto)

Fransa futbol üzrə Avropa Çempionatı ərəfəsində aksiyalar meydanına çevrilib. 

Ölkədə əmək islahatlarına qarşı etiraz aksiyası keçirilir. Aksiya çərçivəsində müxtəlif peşə sahibləri tətil edirlər. 

Hakimiyyət orqanları nəqliyyat sahəsindəki tətillərin insanların stadiona çatmasına mane olacağından qorxurlar. Bundan əlavə zibil yığanların tətili küçədə üfunət iyi verən zibil torbalarının qalmasına səbəb olub. Bu isə Fransanın imicinə böyük zərbə vuracaq. 



Dəmiyolçuların tətilinə görə Euro-2016 kubokunun təqdimat mərasimi də pozulub. Aksiya iştirakçıları kuboku gətirən qatarı bağlamaqla təqdimat mərasiminə mane olublar.



Fransa prezidenti Fransua Olland aksiya iştirakçılarını çempionatın açılışı ərəfəsində məsuliyyətli olmağa çağırıb. “Etirazçılar məsuliyyətli olmalıdırlar. Bu o demək deyil ki, onlar müdafiə etdikləri ideyadan imtina etməlidirlər. Lakin sözügedən hadisənin hamı üçün böyük bayrama çevrilməsini təmin etmək lazımdır”, -deyə Olland bildirib. 

Xatırladaq ki, bu gün Fransada futbol üzrə Avropa Çempionatı başlayır. Futbol üzrə 15-ci çempionat “Stade de France”da keçirilən Fransa Ruminiya oyunu ilə start götürəcək./aznyus/
332 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı