Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

Həbib Müntəzirin qohumlarına təzyiqlər başlayıb

Berlində fəaliyyət göstərən Meydan.tv-nin əməkdaşı Həbib Müntəzir Facebook səhifəsində hakimiyyətin onun qohumlarına qarşı başladığı təzyiq kampaniyası barədə məlumat paylaşıb:

“Srağagün doğulub-böyüdüyüm evə gedib, bibimi, əmilərimi dindiriblər. Bu gün də dayılarımı aparıblar. Bir neçə mənimlə dost olanları sorğulayıblar. Mənə görə qohumlarıma təzyiq etməyə, məni dostlarımla qorxutmağa çalışırlar.
İndidən bəyan edirəm, mənim heç bir qohumumla əlaqəm yoxdur, hamısından imtina etmişəm. İstəyirsiz imtina məktubu yazdırın, xeyri yoxdur.
Mən illərdir doğru bildiyimdən, haqsızlığa, ədalətsizliyə qarşı olan bu mübarizəmdən vaz keçən deyiləm. Qəhrəman filan da deyiləm, olmaq məqsədim də yoxdur. Etdiyim hər bir hərəkət vətəndaş mövqeyimdir. Sizlər kimi diqtəylə, əmrlə işləmirəm, buyruq qulu da deyiləm.
Berlinə qədər adam göndərdiniz ki, məni aradan götürəsiz, əlinizə-gözünüzə bulaşdırsınız. Hər işiniz belə uğursuz və saxtadır zatən. Yenə deyirəm lap öldürsəniz də geri addım atmayacağam. Odur ki, əbəs yerə nə özünüzü yorun, nə də başqaların.
Gedin daha ciddi işlərlə məşğul olun”.
421 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber