Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2016

Bakıda ata oğlunu bıçaqladı

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Binə qəsəbəsi, İlqar Əhmədov 2 ünvanında yaşayan 34 yaşlı Rauf Mehdiyev qan içində xəstəxanaya gətirilib. Yaralı dərhal əməliyyat olunub. Həkimlər Rauf Mehdiyevin döş nahiyəsində bir bıçaq xəsarətinin olduğunu bildiriblər.

Araşdırmalar zamanı məlum olub ki, Raufu atası Rafael Mehdiyev bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Rafael Mehdiyev evdə spirtli içki içən zaman oğlu Rauf ona iradını bildirib. Oğlunun iradı atanı əsəbiləşdirib. Yaranan mübahisə zamanı sərxoş Rafael Mehdiyev oğlunu bıçaqlayıb./musavat/
535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.06.17, 10:56
Azərbaycana yay gəldi