Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2016

“Heykəl məhbusları”nın işi üzrə istintaq aparılmır

“Qiyas Ibrahimov və Bayram Məmmədovla görüşdüm, işgəncələrdən sonra səhhətləri tədricən qaydasına düşür” – hər iki gəncin vəkili Elçin Sadıqov bunu “Azadlıq” radiosuna deyib. Vəkil istintaqın ləng aparıldığını bildirib: “Bir aydır ki, gənclər ittiham edilirlər, barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Amma bir dəfə də olsun, istintaq hərəkəti aparılmayıb”.

E.Sadıqov gənclərə külli miqdarda narkotik saxlamaq ittihamı verildiyini xatırladaraq, iş üzrə ekspertizanın keçirilmədiyini qeyd edib: “Bununla bağlı Bakı Şəhər Baş Polis Idarəsinə əl-barmaq izlərinin götürülməsi, bu narkotik maddənin Qiyas Ibrahimov və Bayram Məmmədova aid olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirilməsi haqda vəsatət vermişəm. Hələ ki, hər hansı münasibət yoxdur”.

Vəkil Qiyas Ibrahimovun valideynləri ilə görüşdüyünü, amma Bayram Məmmədova hələ də bu imkanın yaradılmadığını söyləyib: “Fikrimcə, qarşıdakı həftədə Bayram Məmmədov da valideynləri ilə görüşə biləcək”.

Bayram Məmmədov və Qiyas Ibrahimovun keçmiş prezident Heydər Əliyevin heykəli üstünə etirazçı şüarlar yazılmasına görə həbs edildiyi güman edilir. Hüquq-mühafizə orqanları isə gənclərin hər birinin evindən 1 kiloqramdan artıq heroin aşkarlandığını bildirir.

Gənclər barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onlar polis idarəsində işgəncəyə məruz qaldıqlarını bildirsələr də, rəsmilər bu deyilənləri təkzib edib.
385 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...