Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2016

Moskvada Ukrayna səfirliyi yumurta atəşinə tutuldu

İyunun 11-nə keçən gecə 100-ə yaxın gəncdən ibarət qrup Ukraynanın Moskvadakı səfirliyinin binasının qarşısında toplaşıb.

Etirazçılar binanın ərazisinə “yad cisimlər” və yumurta atmağa başlayıb, daha sonra heç bir müdaxilə olmadan ərazidən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, aksiya zamanı güc tətbiq edilməyib, polis heç kimi saxlamayıb. Məlumatda qeyd olunur ki, nə xüsusi təyinatlılar, nə də Rusiya qvardiyası hadisə yerinə göndərilməyib.

“Hər şey ani, bir neçə dəqiqə ərzində baş verib. Bina mühafizəçiləri təmkinli davranıblar. Baş verənlərlə əlaqədar polisə müraciət edilməyib”, - Mənbə bildirib.
394 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...