Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2016

Bakıda tikinti şirkətinə basqın: Yaralılar var

Bakıda tikinti şirkətinə basqın olub.

Bu barədə Trend-ə vəkil Vüqar Babayev məlumat verib.

Vəkil bildirib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən "Eurostroy-S" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində baş verib:

"Şirkət həmin ərazidə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları üçün mənzillər inşa edir. Rafael Qarayev adlı idmançı və Füzuli adlı tanışı bir qrup idmançı dostu ilə birlikdə şirkətin ofisinə basqın ediblər. Onlar ofisi dağıdıb, şirkətin məsul əməkdaşları Bəxtiyar Təhməzov və İlqar adlı şəxsi xüsusi amansızlıqla döyərək onlardan pul tələb ediblər. Şirkətin ölümcül döyülən əməkdaşlarının hər ikisi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyətləri ağırdır".
479 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber