Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2016

DNT nədir, Moqerini kimdir və Moqerininin DNT-si...

Amerika və Avropa İsraili tək qoya bilməz!

DNT - dezoksiribonuklein turşusu irsi informasiyaların saxlanıldığı, nəsillər arasında ötürülən biopolimerdir. DNT eukariot hüceyrələrdə (misal olaraq heyvan vəya bitki hüceyrələrində) nüvədə yerləşir. DNT-nin ən əsas rolu hüceyrədə uzun-müddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür. DNT molekulunun fiziki quruluşunun 1953-cü ildə kəşfi biologiya elmi tarixində çevriliş nöqtələrindən birinə çevrilib. Bu kəşfə görə Fransis Krik, Ceyms Uatson, Mauris Uilkins 1962-ci ildə Fiziologiya və Tibb üzrə Nobel mükafatına layiq görülüb... DNT insan orqanizminin məlumat bankıdır. Ətrafınızdakı insanlara baxın və nə cür xüsusiyyətlərinin olduğunu bir anlıq düşünün. Bu insanlara aid göz rəngi, boyun uzunluğu, saç tipi və rəngi, səs tonu, dəri rəngi və s. kimi bütün məlumatlar DNT-lərində qeyd edilmişdir. Bu məlumat bankı həm içində yerləşdiyi hüceyrənin, həm də bədəndəki digər bütün hüceyrələrin quruluşları və ehtiyacları haqqında hər cür məlumatı da içində saxlayır.İnsan bədəni bir binaya bənzədilsə, bədənin ən incə təfərrüatına qədər nöqsansız plan və layihəsi, bütün texniki detalı ilə hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur. DNT tarixdə ilk dəfə İsveçrəli həkim Fridrix Mişer tərəfindən 1869-cu ildə kəşf edilmişdir. Zülallar üzərində tədqiqat aparan Mişer, onlardan çox fərqli özəlliklərə sahib olan və sadəcə hüceyrə nüvəsində tapılan bir maddə diqqətini cəlb edincə bu yeni maddəyə nüvə mənasına gələn "nuklein" adını vermişdir...
Keçək Moqeriniyə... Federika Moqerini Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsidir. Onu sözçü də saymaq olar. Amerikanın, Avropanın, eləcə də İsrailin sözçüsü. Nə üçün İsrail? Çünki Moqerini bu günlərdə dünyaya bəyan edib ki, İsrail sevgisi onların DNT-sindədir. Yəni kimsə gözləməsin ki, bir gün Aİ İsraildən üz çevirəcək!
Moqerini 1973-cü ildə İtaliyada anadan olub. İtalyan kinorejissoru Flavio Moqerininin qızıdır. “Ruslarla necə münasibət quracaqsınıs” sualına “mənim ayılara münasibətdə böyük təcrübəm yoxdur” deyib...
Ərdədir. İki qızı var. Daniele Silvesteri və Vasko Rossini dinləyir. Pablo Nerudanın şeirlərini oxuyur. Bulvar romanlarına maraq göstərir...

Vilayet.info
794 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı