Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2016

Rusiya sonuncu dəqiqədə sevindi

22:55

Fransada futbol üzrə Avropa çempionatı davam edir.

Axar.az xəbər verir ki, bu gün A qrupunda ilk tura yekun vurulub. İsveçrə millisi Albaniyaya 1-0 qalib gəlib. Qrupun digər görüşü ötən gün Fransanın Rumıniya üzərində 2-1 hesablı qələbəsi ilə başa çatmışdı.

B qrupunda isə Uels və Slovakiya milliləri üz-üzə gəlib. Görüş Uelsin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu, hər iki komanda üçün Avropa çempionatında debüt matçı olub.

Günün son matçı 23:00-da İngiltərə-Rusiya arasında baş tutacaq.

23:54

İngiltərənin üstünlüyü şəraitində keçən ilk hissədə hesab açılmadı.

00:43

İngiltərə millisi Erik Dayerin 73-cü dəqiqədə cərmə zərbəsindən vurduğu qolla hesabda önə keçdi 1-0.

00:46

Rusiya matçın 90+2-ci dəqiqəsində Vasili Berezutskinin qolu ilə hesabı bərabərləşdirdi 1-1.

00:49

İngiltərə Rusiya görüşü 1-1 hesabı ilə yekunlaşdı. Bu nəticədən sonra Uels 3 xalla ilk pillədə qərarlaşıbsa, Rusiya və İngiltərə hərəyə 1 xal əldə edib. Sonuncu pillənin sahibi Slovakiyanın hesabında isə xal yoxdur.
375 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07