Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2016

İraq ordusu Əl-Fəlucə şəhərinin ətrafındakı daha 2 rayonu İŞİD-dən azad edib

İraq ordusu Əl-Fəlucə şəhərinin cənub-qərb ətrafındakı daha 2 rayonu – Əl-Fəlahət və Əs-Səbihət rayonunu İŞİD-dən azad edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, ordu komandanlığının açıqlamasında bildirilir.

Qeyd edək ki, Anbar əyalətindəki Əl-Fəlucə şəhəri 2014-cü ilin əvvəlindən İŞİD-in nəzarətindədir. İraqın baş naziri Heydər əl-Abadi Əl-Fəlucənin azad edilməsi uğrunda əməliyyatın mayın 23-də başlanacağını bildirib. Hazırda paytaxt Bağdaddan 65 km. aralıda yerləşən Əl-Fəlucə şəhərində 50 minədək dinc sakin qalmaqdadır.
420 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber