Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2016

Eldar Mahmudovun qələmi qırıldı: Sabiq nazir həbs edilir

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov haqqında cinayət iddialları günü-gündən artır. Vəzifədə olduğu dövrdə icra başçılarından, yüksək ranqlı məmurlardan, iş adamlarından haqq tələb etməsinə dair faktlar media tərəfindən cəmiyyətə çatdırılıb. Əlində olan imkanlar hesabına ayrı-ayrı məmurlardan haqq tələb edən keçmiş MTN rəhbərliyi gücü çatmadığı adamları isə müxtəlif üsullarla gözündən salmaqla təhdid edirmiş.

Burada maraqlı məqam isə ondan ibarətdir ki, Eldar Mahmudov və hazırda həbsdə olan MTN-nin keçmiş idarə rəisi Akif Çovdarov haqqında səslənən bu iddialar öz təsdiqini tapır. Digər iddialardan biri isə Eldar Mahmudovun icra başçılarını təhdid etməsilə bağlıdır. Verilən məlumatlara görə, Eldar Mahmudovun hər icra başçısı üzərində müəyyən “haqq”ı olub. Belə ki, məlumatda keçmiş MTN şefinin hər ilin rübündə icra başçıları tərəfindən haqqı çatdırılmadığı zaman, həmin başçılar təzyiq və təhdidlərə məruz qalırdılar. Bir ölkənin təhlükəsizliyini qorumağa məsul olan şəxsin bu cür cinayət əməlləri törətməsi, birbaşa olaraq elə ölkənin təhlükəsizliyinə təhdiddir.

MTN haqqında başlayan qalmaqallarda ilk ittihamlar Eldr Mahmudovun hakimiyyət çevrilişi hazırlaması idi. Dövlətin təhlükəsizliyini qorumağa məhsul olan şəxsin, dövlət maraqlarını öz şəxsi maraqlarına qurban verməsi ölkənin təhlükəsizliyini sual altına saldı. Məlum olur ki, MTN məmurları dövlətin təhlükəsizliyi üçün riskli hesab olunan məqamları belə nəzərə almadan hər fürsətdə rüşvətxorluq, haqq toplama, pul xatirinə cinayət əməllərinə qol qoyublar. Yayılan məlumatlarda qeyd olunur ki, təhlükəsizliyin bir nömrəli probleminə çevrilmiş dini radikalizmi Azərbaycanda məhz Eldar Mahmudov himayə edib.

Həmçinin bildirilir ki, sabiq MTN şefinin cinayət əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bir çox cinayətlərdə adı hallanan keçmiş MTN şefinin bu siyahısının artması da istisna olunmur. MTN adı altında baş verən bütün cinayətlərdə birbaşa olaraq Eldar Mahmudov məsuliyyət daşıyır. Bunun başqa bir istisnası ola bilməz. Çünki 9 il müddətində MTN rəhbəri olan bir şəxsin hansısa bir cinayətdən xəbərsiz olması iddiası çox absurd olar. Eyni zamanda MTN tərəfindən təzyiqlərə məruz qalan şəxslərin şikayəti də məhz Mahmudovdandır. Onlar özləri də bildirirlər ki, bütün təzyiqlərin başında sabiq MTN şefi durur. Eldar Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra onun tezliklə həbs olunacağı gözlənilirdi.

Ancaq keçmiş MTN şefinin tutduğu postdan uzaqlaşdırılmasından xeyli müddət ötsə də, MTN-in 20-yə yaxın əməkdaşı, bir neçə generalı, idarə və şöbə rəisləri və müstəntiqləri də daxil olmaqla həbs olunub. Eldar Mahmudovun isə həbs olunub-olunmayacağı barədə tam dəqiq məlumat yoxdur. Bu səbəbdən “Eldar Mahmudov niyə həbs olunmur” sualı tez-tez eşidilir və cəmiyyətdə bu sual ətrafında qızğın müzakirələr gedir. Bu sualın dəqiq cavabını isə zaman verəcək./qaynar.info/
459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:10