Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2016

İraq ordusu Mosulun bir kəndini azad edib, 25 terrorçu öldürülüb

İraq hərbçiləri İŞİD-in işğalı altında olan Mosul ətrafında irəliləyiblər və şəhərdən cənubda yerləşən bir kəndi nəzarətə götürüblər.

"Report" xəbər verir ki, bu barədə hərbi mənbəyə istinadən İraqın "Əl- Mada" agentliyi məlumat yayıb.

İraq ordusu mərkəzi Mosul olan şimal əyaləti Neynəvada İŞİD-ə qarşı əməliyyatları davam etdirir.
"Kayyar rayonunda Xaraib Caber kəndi İŞİD-dən azad edilib, 25 terrorçu öldürülüb və dörd minalanmış maşın məhv edilib", — deyə əməliyyat komandanlığındakı mənbə bildirib.

İraqın böyüklüyünə görə ikinci şəhəri olan Mosul 2014-cü ilin yayından İŞİD terrorçularının əlindədir.
380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber