Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2016

UEFA Rusiya və İngiltərəyə xəbərdarlıq etdi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransada keçirilən futbol üzrə Avropa çempionatında iştirak edən Rusiya və İngiltərəyə xəbərdarlıq edib.

Bu barədə UEFA-nın saytında məlumat verilib.

Xəbərə görə, Rusiya və İngiltərə yığma komandalarının azarkeşləri növbəti dəfə kütləvi iğtişaşlarda iştirak etsə, bu komandalar Avropa çempionatından kənarlaşdırılacaq.

Qeyd edək ki, Avropa çempionatında B qrupunda keçirilən ilk turda Rusiya və İngiltərə yığmaları arasında oyun 1:1 hesabı ilə başa çatıb. Oyun başa çatandan sonra 30 rusiyalı azarkeş ingilis azarkeşlərə hücum edib, onların əllərindəki bayraqları cırmağa çalışıblar. Şəhərdə də azarkeşlər arasında toqquşma qeydə alınıb. Hadisə zamanı 31 nəfər xəsarət alıb.
493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21