Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2016

ABŞ-da gecə klubuna hücum - 50 ölü, 53 yaralı

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Bunu Orlando meri Baddi Dayer açıqlayıb.

B. Dayer deyib ki, terror aktı nəticəsində 20 nəfər yox, 50 nəfər ölüb.

***
16:01

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Orlando şəhərinin polis rəisi Con Mina bildirib.

C. Mina 42 yaralının xəstəxanaya yerləşdirildiyini, 20 nəfərə yaxın insanın isə öldüyünü nəzərə çatdırıb.

***
14:20

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda insanlara atəş açan və onları girov götürən şəxs öldürülüb.

Bu barədə Orlando şəhər polisinin “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

Həmin şəxsin öldürülməsi ilə bağlı təfərrüat verilməyib. WFTV telekanalı isə 40 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.

***
13:53

Naməlum şəxslər ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse’ gecə klubunda atəş açıb, gecə klubundakı insanları girov götürüb.

Hadisə yerinə polis bölmələri göndərilib.

Şahidlər silahlıların ən azı 25 nəfəri yaraladığını bildiriblər. Artıq xilasedicilər hücum edənlərdə qumbara olması ehtimalı ilə əlaqədar Orlando şəhərinə yola düşüblər./apa/
538 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı