Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2016

13 iyunda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, iyunun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Yağışın Lənkəran-Astara zonasında intensiv olacağı ehtimal var.

Hava gündüz əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.
443 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı