Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Həlak olan FHN əməkdaşının iki aylıq körpəsi qalb

Dünən Bakıda baş vermiş dəhşətli yanğın hadisəsi zamanı vəzifə borcunu yerinə yetirərkən həlak olmuş FHN əməkdaşı ilə bağlı Ailem.az bəzi məlumatlar əldə edib. Bugun.az xəbər verir ki, iş yoldaşlarının bildirdiyinə görə, 25 yaşlı Eyvazov Zaur Tahir oğlu 3 il əvvəl işə qəbul olunubmuş. 1 il əvvəl o, evlənib və ailəsi ilə birlikdə Abşeron rayonunda kirayə yaşamağa başlayıb. 2 ay əvvəl isə 25 yaşlı yanğınsöndürən ata olub.
Həlak olmuş FHN əməkdaşı doğulub boya başa çatdığı Mərəzədə dəfn edilib.
Qeyd edək ki, dekabrın 23-dən 24-nə keçən gecə saat 04:00 radələrində Bakı şəhəri, Binəqədi rayonunda, 7-ci mikrorayon yaxınlığında Ağac Emalı zavodunun ərazisində yanğın baş verməsi barəsində məlumat daxil olub. Məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi və qonşu rayonların yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb ediliblər. Baş verən yanğın zamanı ümumi sahəsi 2000 kv.m olan mebel məmulatları istehsalı sexinin yanar konstruksiyaları və içərisində olan məmulatlar 600 kv.m sahədə yanıb. Eyni zamanda sexin dam örtüyünün bir hissəsi uçub. Yanğının fəsadlarının aradan qaldırılması zamanı Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni Eyvazov Zaur Tahir oğlu beton plitənin üzərinə düşməsi nəticəsində həlak olub.
1491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber