Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2016

Fransada spirtli içkilərə qadağa qoyuldu

İyunun 12-də Fransanın Daxili İşlər naziri Bernar Kaznöv Avro-2016-nın oyun günlərində və matçlar ərəfəsində həssas ərazilərdə spirtli içkilərin satışının qadağan olunduğunu bəyan edib.

Fransalı nazir bu addımı Marseldə keçirilən Rusiya-İngiltərə matçından əvvəl və sonra baş verən hadisələrə görə atıb.

B.Kaznöv qeyd edib ki, oyun günlərində və ərəfəsində, həmçinin həssas ərazilərdə fan-zonaların açılışı günü spirtli içkilərin satışı, istifadəsi və daşınmasının qadağan edilməsi ilə bağlı prefektlərə göstəriş verib.

Prefektlər, eyni zamanda, terraslarda “mərmi” kimi istifadə edilə bilən qabların istifadəsini də qadağan edə bilərlər.
483 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...