Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2016

ABŞ-da qanlı terror aktı - 50 ölü, 53 yaralı

ABŞ-ın Florida ştatının ən böyük şəhəri Orlandoda "Pulse" gecə klubuna silahlı hücum edilib, öldürülənlərin sayı 50 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Orlandonun meri Baddi Dayer keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hadisə zamanı xəsarət alanların sayı 53 nəfərə çatıb.

ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda baş vermiş terror aktını törədən şəxsin adı açıqlanıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, onun adının Ömər Martin olduğu bildirilir. "CBS" telekanalının yaydığı xəbərə görə, o, Florida sakini imiş. Terrorçunun atası Seddik Matin "NBC" telekanalına müsahibəsində oğlunun törətdiyi cinayətə görə hər kəsdən üzr istəyib. Yerli polisdən isə bildirilib ki, terrorçuda tapança və avtomat tapılıb. Terrorçu polisə 3 saat müqavimət göstərtdikdən sonra zərərsizləşdirilib. ABŞ Konqresinin nümayəndələrindən biri onun İŞİD üzvü olduğunu bildirib
390 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...